AZERFAX TV

Nazir Xalq yazıçısı Anarla görüşdü

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla görüşüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ölkədə ədəbi prosesin inkişafı, müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər dövlət sifarişli filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin hazırlanması, Azərbaycan ədəbiyyatının təbliği, həmçinin görkəmli yazıçı və şairlərin həyat və yaradıcılığına həsr olunan filmlərin çəkilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə dövlət və ictimai institutlar arasında əməkdaşlığın gücləndirilməsinin milli ədəbiyyatın inkişafına və ölkənin mədəni həyatının zənginləşməsinə töhfə verəcəyi vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button