ABŞ-ın dəstəyi olmadan İsrail mövcud ola bilməzdi

ABŞ Prezidenti Donald Tramp İsrailin ABŞ-ın dəstəyi olmadan mövcudluğunu davam etdirə bilməyəcəyini deyib.
AZERFAX.AZ xəbər verir ki, ABŞ lideri bu barədə Vaşinqtondan Miçiqan ştatına səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Bilirsiniz, bizsiz kim sağ qalmazdı? İsrail”, – deyə Tramp bildirib.
O, bu fikri əsasən İran ətrafındakı vəziyyət kontekstində səsləndirdiyini diqqətə çatdırıb.
Trampın iddiasına görə, ABŞ administrasiyası İranın nüvə proqramına qarşı sərt addımlar atmasaydı, İsrail ciddi təhlükə ilə üz-üzə qalardı. O vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən İranın nüvə obyektlərinə endirilən zərbələr İsrailin təhlükəsizliyinin təmin olunmasına xidmət edib.



