AZERFAX TV

Moskva göz yaşlarına inanmır – Paşinyanın Putinə zənginin detalları

Dünən Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutudu. Ermənistan mediasının məlumatına görə, telefon danışığı Paşinyanın təşəbbüsü ilə olub. Ermənistandakı seçkilərdən sonra ilk olan bu telefon söhbəti Moskva-İrəvan xəttindəki qarşıdurma fonunda xüsusilə diqqət çəkir.

AZERFAX.AZ xəbər verir ki, Ermənistan mediası Paşinyanın vəziyyəti düzəltmək məqsədilə Putinə zəng etdiyini iddia edir.

“Hraparak” nəşri yazır ki, Paşinyanın daha öncə Almaniya kansleri Fridrix Merts (22 iyul) və Fransa prezidenti Emmanuel Makronla (25 iyul) telefon danışığı olub: “Görünür, Avropadakı tərəfdaşlarla əlaqə Rusiya bazarında Ermənistan üçün yaranmış məhdudiyyətləri kompensasiya etməklə nəticələnməyib. Bu şəraitdə Moskvaya üz tutmaq siyasi seçimdən daha çox obyektiv zərurətə çevrilib”.

Rəsmi İrəvanın məlumatına görə, Paşinyan telefon söhbətində Ermənistan mallarının ixracına qoyulan məhdudiyyətlər məsələsini qaldırıb, bunun həm iki ölkə münasibətlərinə, həm də Avrasiya İqtisadi Birliyinin prinsiplərinə zidd olduğunu deyib, problemin həlli üçün addımların atılmasını istəyib. Kremlin rəsmi açıqlaması isə fərqlidir. Rusiya Ermənistanın Avropaya inteqrasiyasını yenidən gündəmə gətirib və ölkəninin strateji istiqamətini müəyyənləşdirmək, Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi Birliyi arasında seçim etmək üçün referendumun mümkün qədər tez keçirilməsini istəyib. Paşinyan bəyan edib ki, Aİ-yə üzvlük məsələsi hələ praktiki mərhəldə deyil, referendum da üzvlüklə bağlı rəsmi müraciət etdikdən sonra keçirilə bilər.

Nəşr qeyd edir ki, erməni baş nazirin ehtiyatlı mövqeyi nəticə vermir.

“Telefon söhbətindən sonra ixrac məhdudiyyətlərinin aradan qaldırılması, yaxud yumşaldılması ilə bağlı açıqlama verilməyib. Üstəlik, Kremlin məlumatında iqtisadi məsələlərdən bəhs edilməyib. Əsas diqqətçəkən məqam isə Putinin Paşinyanı parlament seçkilərində qələbə münasibətilə təbrik etməməsidir.

Telefon söhbətinin məzmunu da təsdiq edir ki, Putin təbrik mesajı verməyib və Rusiya Ermənistanın “iki stulda əyləşmək” siyasətini qəbul etmir. Paşinyan-Putin söhbəti münasibətlərdəki böhranı aradan qaldırmadı, əksinə fikir ayrılığını daha da dərinləşdirdi. Moskva İrəvandan açıq şəkildə seçim etməsini tələb edir. Belə demək mümkünsə, “Moskva göz yaşlarına inanmır”. Bu ifadə telefon danışığının siyasi məzmununu ən yaxşı şəkildə təsvir edir”, – nəşr yazıb.

Asif

Related Articles

Bir cavab yazın

Back to top button