AZERFAX TV
Maaş və pensiya kartları ilə bağlı yenilik

Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır.
AZERFAX.AZ verir ki, bunu bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA-ya müsahibəsində bildirib.
O, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmaların tətbiq ediləcəyini elan edib.
“Hazırda texniki işlər görülür”, – deyə Mərkəzi Bankın sədri qeyd edib.
T.Kazımov bu addımın rəqabətliliyin artırılmasına təkan verəcəyini deyib.
Qeyd edək ki, o, yeniliyin nədən ibarət olduğuna isə aydınlıq gətirməyib.



