Ölkə

Göygöldə ağır qəza: 4 nəfər xəsarət aldı

Göygöldə xəsarətlə nəticələnən yol qəzası baş verib.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 21015” və “Hundai” markalı avtomobillər bir-biri ilə toqquşub. İlkin verilən məlumata görə, qəza zamanı 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun qızı 2004-cü il təvəllüdlü Xədicə Hüseynova və “VAZ 21015” markalı avtomobilin sürücüsü Əli Əsgərov və 2004-cü il təvəllüdlü Eltac Ağacanov xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button