Ölkə

Bu fəlakətdir – Tramp

ABŞ Prezidenti Donald Tramp Mərakeşdən İspaniyanın Seuta şəhərinə qanunsuz miqrant axınını fəlakət və işğal adlandırıb.

AZERFAX.AZ xəbər verir ki, Tramp Kemp-Deviddə çıxışı zamanı İspaniyada baş verənlərin ABŞ-də də təkrarlana biləcəyini deyib. O bildirib ki, respublikaçılar hakimiyyətdə olmasa, ABŞ-nin də “müdaxiləyə məruz qalacağını” söyləyib.

Qeyd edək ki, iyulun 31-də on minlərlə miqrant Mərakeşdən Seutaya keçməyə çalışıb. Hadisə zamanı bəzi şəxslər dəniz yolu ilə İspaniyaya çatmağa cəhd edərkən boğulub. Sahildə 57 nəfərin meyiti aşkarlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button