Ölkə

Həyat sığortası üzrə ödənişlər artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 516,448 milyon manat sığorta haqqı toplanılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 32,6 % artaraq 402,048 milyon manata çatıb.

Beləliklə, 6 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 77,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 63,9 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,682 milyonmanat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.

6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.

Related Articles

Bir cavab yazın

Back to top button