Ölkə
UEFA FIFA-nı məhkəməyə vermək istəyir


UEFA-nın FIFA-ya qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirdiyi iddia olunur.
AZERFAX.AZ xəbr verir ki, “Telegraph”ın məlumatına görə, UEFA FIFA prezidenti Canni İnfantinoya məktub göndərərək Dünya Kuboku ilə bağlı kommersiya paylarının satışı planına dair bütün sübut və sənədlərin qorunub saxlanılmasını tələb edib.
Məktubda FIFA rəhbərliyindən mümkün hüquqi proseslər üçün əhəmiyyət daşıya biləcək heç bir materialın məhv edilməməsi barədə xəbərdarlıq edildiyi bildirilib.



