Ölkə

Vlahoviç və Salah eyni təyyarədə Türkiyəyə gəlir

Türkiyədə yay transfer pəncərəsinin ən çox müzakirə olunan klublarından olan “Trabzonspor” növbəti sensasiyalı iddia ilə gündəmə gəlib.

AZERFAX.AZ xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, Qara dəniz təmsilçisi “Yuventus”un serbiyalı hücumçusu Duşan Vlahoviçi transfer etmək üçün ciddi səylər göstərir. İddialara əsasən, klub rəhbərliyi bu keçidi reallaşdırmaqla yanaşı, Vlahoviçi dünya futbolunun ulduzlarından olan Məhəmməd Salahla eyni təyyarədə Türkiyəyə gətirməyi planlaşdırır.

Xəbərdə bildirilir ki, belə bir addım transfer bazarında böyük rezonans doğura bilər və “Trabzonspor”un yeni mövsüm üçün nə qədər iddialı olduğunu nümayiş etdirər. Bununla belə, sözügedən transferlərlə bağlı klub tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button