Ölkə
Azərbaycan içki idxalını artırıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycan 60,6 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, idxalın dəyəri ötən ilin eyni ayları ilə müqayisədə 9,2% çoxdur.
Eyni dövrdə Azərbaycandan 32,1 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub. İxracın dəyəri ötən ilin dövrü ilə müqayisədə 2,8% çoxdur.



