AZERFAX TV

Ərdoğan Ukraynaya yeni səfir göndərdi

Türkiyə Ukraynaya yeni səfir təyin edib.

AZERFAX.AZ xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar “Resmi Gazete”də yayımlanıb.

Qərara əsasən, Fatma Cerən Yazqan Türkiyənin Ukraynadakı yeni səfiri təyin edilib. Bu təyinata qədər o, Türkiyənin Niderlanddakı səfiri idi.

Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinə Ayşe Sözen Usluer, İslandiyaya Mustafa Levənt Bilgən, Niderlanda isə Burak Akçapar səfir təyin edilib.

Related Articles

Bir cavab yazın

Back to top button