Ölkə
Göyçayda ağır qəza – Ölən və yaralanan var


Göyçayda ağır yol qəzası baş verib.
AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saat 23:30 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb.
Hadisə nəticədə nəqliyyat vasitəsində olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov isə xəsarət alıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.



