Ölkə
Gəncədə iki piyadanı avtomobil vurdu


Gəncədə iki piyadanı avtomobil vurub.
AZERFAX.AZ Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
“Mercedes” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən iki nəfəri vurub.
Xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib.



