AZERFAX TV

Kobaxidzedən Rusiya ilə bağlı gözlənilməz açıqlama

Gürcüstanın baş naziri İrakli Kobaxidze Rusiyanı düşmən adlandırmaqdan imtina edib.

AZERFAX.AZ xəbər verir ki, Kobaxidze Rusiyanı “düşmən” adlandırmağın siyasi addım olduğunu bildirib.

“Rusiya Federasiyasının düşmən olduğunu bəyan etməyimi istəyirsiniz. Bu, konkret siyasi bəyanatdır və bunun ardınca müəyyən addımlar atılmalıdır”, – deyə baş nazir jurnalistlərə bildirib.

Kobaxidze qeyd edib ki, oxşar addımlar 2008-ci il hadisələrindən əvvəl sabiq prezident Mixeil Saakaşvilinin partiyası tərəfindən atılıb. O, Rusiyanın düşmən elan edilməsinin Gürcüstanın əvvəlki hakimiyyətinin siyasi kursu ilə əlaqəli olduğunu vurğulayıb.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button