İdman

Türkiyə nəhəngi böyük transferi reallaşdırdı

“Beşiktaş” azad agent statusunda olan Duşan Vlahoviçin transferini tamamlayıb.

AZERFAX.AZ xəbər verir ki, “Yuventus”la müqaviləsi başa çatdıqdan sonra klubsuz qalan 26 yaşlı serbiyalı hücumçu “Beşiktaş”la 3 illik müqavilə ilə bağlı razılıq əldə edib.

Qeyd edək ki, Duşan Vlahoviç 2022-ci ildə “Fiorentina”dan “Yuventus”a keçib. Turin klubu onun transferi üçün 70 milyon avro ödəyib, əlavə xərclər və bonuslarla birlikdə razılaşmanın ümumi dəyəri daha yüksək olub. Vlahoviç “Yuventus”da 145-dən çox oyunda 50-dən çox qola imza atıb.

Related Articles

Bir cavab yazın

Back to top button