Siyasət

Tofiq Musayev ekvadorlu həmkarı ilə COP29-un öhdəliklərini müzakirə etdi

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin başçısı Tofiq Musayev ekvadorlu həmkarı Andres Montalvo ilə COP29-un öhdəliklərini müzakirə edib.

AZERFAX.az xəbər verir ki, bu barədə Ekvadorun dünya təşkilatındakı diplomatik missiyasının sosial şəbəkə hesabında bildirilib.
“Azərbaycanın daimi nümayəndəsi Tofiq Musayevlə Ekvadorun daimi nümayəndəsi səfir Andres Montalvo arasında məhsuldar söhbət olub, bu söhbət zamanı BMT-nin gündəliyində duran məsələlər və xüsusilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29 – red.) öhdəlikləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, ötən ilin dekabrında Musayev Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button