Ölkə

“OpenAI” süni intellekt risklərini araşdıran komandanı ləğv etdi

OpenAI süni intellekt modellərinin ciddi təhlükəsizlik risklərini araşdıran “Preparedness” komandasını ləğv edib.

AZERFAX.AZ “Financial Times”a istinadən xəbər verir ki, qərar iyulun sonunda qüvvəyə minib. 2023-cü ildə yaradılan komanda süni intellektin kibertəhlükəsizlik, bioloji təhdidlər və nəzarətdən çıxma kimi risklərini araşdırırdı.

Şirkət bu istiqamətdəki fəaliyyətini tam dayandırmayıb. Məlumata görə, bioloji və kibertəhlükəsizlik risklərinin araşdırılması digər komandaların rəhbər əməkdaşlarına həvalə olunub.

Qərar OpenAI-da daha geniş yenidənqurma prosesinin bir hissəsi kimi qiymətləndirilir. Şirkət əsas məhsullara və fəaliyyət istiqamətlərinə daha çox diqqət yetirməyə çalışır.

Qeyd edək ki, son dövrdə şirkətin təhlükəsizlik və etika sahəsində çalışan bir sıra yüksək vəzifəli əməkdaşları da OpenAI-dan ayrılıb.

Related Articles

Bir cavab yazın

Back to top button