AZERFAX TV

Alyaskada təyyarə qəzası – 8 nəfərdən xəbər yoxdur

Göyərtəsində səkkiz sərnişin olan çarter təyyarəsi Alyaskanın qərbindəki ucqar radiolokasiya stansiyasının yaxınlığında qəzaya uğrayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ABŞ-nin Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurasına istinadən məlumat yayıb.

Qurumun regional şöbəsinin rəhbəri Klint Conson göyərtədə iki pilot və altı sərnişinin olduğunu bildirib. O, hələlik onların vəziyyəti barədə təfərrüatlı məlumata malik olmadığını deyib.

Onun sözlərinə görə, təyyarə Ankoricdən havalanıb və cümə axşamı günortanın əvvəlində Nyuenhem burnuna eniş edərkən qəzaya uğrayıb.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Alyaskanın Xilasetmə İşləri üzrə Əlaqələndirmə Mərkəzi Nyuenhem burnundakı uzaq mənzilli radiolokasiya stansiyasının yaxınlığında təyyarə qəzası barədə məlumat aldıqdan sonra axtarış-xilasetmə əməliyyatına başlanıldığını bildirib. Mərkəzdən əlavə ediblər ki, əlavə informasiya daxil olduqca dərc olunacaq.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button