Ölkə

Bu Avropa ölkəsində evlər “su qiymətinədir”

Avropada mənzil almağın nisbətən münasib olduğu ölkələrdən biri Bosniya və Herseqovinadır. Xüsusilə kiçik şəhər və rayonlarda daşınmaz əmlak qiymətləri Qərbi Avropa ölkələri ilə müqayisədə xeyli aşağıdır.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, son 12 ayın məlumatlarına görə, bəzi yaşayış məntəqələrində mənzillərin orta satış qiyməti 1 kvadratmetr üçün 450 Bosniya markasından (təxminən 230 avro) başlayır. Bu isə o deməkdir ki, bəzi ərazilərdə sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzili təxminən 11 500 avroya (23 min manat) almaq mümkündür. Bu qiymət Avropa üçün kifayət qədər sərfəli hesab olunur.

Qiymətlər şəhərdən-şəhərə ciddi şəkildə dəyişir. Rəsmi məlumatlara görə, Bosniya və Herseqovina Federasiyasında 2026-cı ilin ilk yarısında satılan mənzillərin orta qiyməti 1 kvadratmetr üçün 3 100 KM olub. Mostarda bu göstərici 2 900, Zenitsada isə 3 000 KM təşkil edib. Daha ucuz mənzillərə əsasən kiçik yaşayış məntəqələrində rast gəlinir.

Bununla belə, ölkənin daşınmaz əmlak bazarında son dövrlərdə qiymət artımı da müşahidə olunur. 2026-cı ilin ilk rübündə yeni mənzillərin orta satış qiyməti 1 kvadratmetr üçün 3 701 KM-ə yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz artım deməkdir.

Buna baxmayaraq, ucqar rayonlarda köhnə mənzillər və fərdi evlər hələ də Avropanın bir çox ölkəsi ilə müqayisədə daha münasib qiymətə təklif olunur.

Related Articles

Bir cavab yazın

Back to top button