Ölkə

Göyçayda 2 evdə yanğın oldu

Göyçayda yanğın hadisəsi baş verib.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Rauf İsayev küçəsində qeydə alınıb.

Belə ki, 1950-ci il təvəllüdlü Zeynalova Telnaz Qürbət qızına məxsus umumi sahəsi 112 m² olan kürsülü birmərtəbəli 4 otağlı evin 2 otağı 62m² və dam örtüyünün yanar konsturksiyaları 112 m² sahədə bitişik sahəsi 80 m² olan talvarın taxta atmaları və altında dayanmış 1976-cı il təvəllüdlü Zeynlova Samirə Ramiz qızına aid “Kia Pilanto” markalı minik avtomobilinin ön hissəsi eyni zamanda yaxınlıqda yerləşən 1999-cu il təvəllüdlü Kərimli Kənan Kərim oğluna məxsus umumi sahəsi 300m² olan hər mərtəbəsi 150 m² ikimərtəbədən ibarət olan 7 otaqlı evin dam örtüyünün taxta atmaları 12m² sahədə yanıb. Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və çox sayda canlı qüvvəsi cəlb olunub. Baş vermiş yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button