Ölkə

“TikTok” uşaqların məxfiliyini pozmaq ittihamı üzrə 400 milyon dollar ödəyəcək

ABŞ Ədliyyə Nazirliyi “TikTok”un uşaqların onlayn məxfiliyinin qorunmasına dair federal qanunları pozduğu iddiaları ilə bağlı açılan işi 400 milyon dollarlıq ödənişlə yekunlaşdırmağa razılaşdığını açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, nazirliyin məlumatına görə, “TikTok” dərhal 300 milyon dollar ödəyəcək. Şirkət daha sonra “TikTok”un sələfi olan Musical.ly ilə bağlı əvvəlki məhkəmə qərarının ləğv edilməsinə dair qərar qüvvəyə mindikdən sonra əlavə 100 milyon dollar ödəyəcək.

Çin şirkəti ByteDance də razılaşmanın tərəfləri arasında yer alıb. ABŞ mətbuatının yazdığına görə, ByteDance hazırda “TikTok”un ABŞ-dakı strukturunda 19,9 faiz mülkiyyət payına sahibdir.

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, əldə olunan razılaşma Uşaqların Onlayn Məxfiliyinin Qorunması Aktı (COPPA) çərçivəsində indiyədək əldə edilən ən böyük ödənişlərdən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button