AZERFAX TV

Hindistan sahillərində yük gəmisi batdı

Panama bayrağı altında üzən “MV Ocean Winner” yük gəmisi Benqal körfəzində, Hindistanın Odişa ştatının Paradip sahillərindən təxminən 240 dəniz mili aralıda batıb.

AZERFAX.AZ xəbər verir ki, hadisədən sonra Hindistanın Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlayıb.

Gəmidə ümumilikdə 24 heyət üzvü olub. Onların 20-si Çin, üçü Myanma, biri isə Banqladeş vətəndaşıdır.

Rəsmi məlumata əsasən, iki nəfər xilas edilib, daha 22 heyət üzvünün axtarışları davam etdirilir.

Məlumata görə, dəmir filizi daşıyan gəmi cümə günü Odişadakı limandan Sinqapur istiqamətində yola çıxmışdı.

Gəminin batmasına səbəb olan hadisənin dəqiq səbəbləri hələlik müəyyən edilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button