Ölkə

Yük gəmisi batdı, itkin düşənlər var

Panama bayrağı altında üzən yük gəmisi Benqal körfəzində, Hindistanın Odişa ştatındakı Paradip şəhər sahillərindən 240 dəniz mili məsafədə batıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri tərəfindən genişmiqyaslı xilasetmə əməliyyatı başladılıb.

“MV Ocean Winner” gəmisinin göyərtəsində Çinin 20 vətəndaşı, Myanmanın üç vətəndaşı və Banqladeşin bir vətəndaşı da olmaqla 24 heyət üzvü olub.

Rəsmilərin məlumatına görə, onlardan ikisi xilas edilib, 22 nəfər isə itkin düşüb.

Related Articles

Bir cavab yazın

Back to top button