Ölkə
Xaçmazda tələbə faciəvi şəkildə öldü


Xaçmazda “Mercedes” markalı minik avtomobili piyadanı vuraraq öldürüb.
AZERFAX.AZ Unikal.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qaraçı kəndində qeydə alınıb.
Qəza zamanı ağır xəsarətlər alan kənd sakini 17 yaşlı Böyükağa Abbasov həyatını itirib.
Qəzada dünyasını dəyişən gəncin ADNSU-nun nəzdində Bakı Neft – Energetika Kollecinin tələbəsi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



