Ölkə

“Barselona” istəyirdi, 117 milyona transfer olur

PSJ-nin fransalı hücumçusu Bradley Barkola karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

AZERFAX.AZ xəbər verir ki, “Liverpul” 23 yaşlı futbolçunun transferi üçün Paris klubuna 117 milyon avro ödəyəcək. Məlumata görə, müqavilədə müxtəlif şərtlərdən asılı olaraq əlavə 25 milyon avroluq bonusların da yer alacağı bildirilir. Tərəflərin transfer üzrə razılığa gəlməyə yaxın olduğu qeyd olunur.

Qeyd edək ki, Bradley Barkolanın adı daha əvvəl İspaniyanın “Barselona” klubu ilə də hallanırdı. Kataloniya təmsilçisinin futbolçuya maraq göstərdiyi, lakin transferin maliyyə şərtlərinin keçidin reallaşmasına mane olduğu irəli sürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button