Ölkə
“Barselona” “Fənərbaxça”nın futbolçusunu transfer etdi


“Barselona” klubu “Fənərbaxça”nın xorvatiyalı qapıçısı Dominik Livakoviçi transfer edib.
AZERFAX.AZ xəbər verir ki, 31 yaşlı qolkiper Kataloniya təmsilçisi ilə 2030-cu ilə qədər müqavilə imzalayıb. Məlumata görə, “Barselona” bu keçid üçün “Fənərbaxça”ya 2 milyon avro ödəyəcək, müqavilədə əlavə 2 milyon avroluq bonusların da yer aldığı bildirilir.
Qeyd edək ki, Dominik Livakoviç 2023-cü ildə “Dinamo Zaqreb”dən “Fənərbaxça”ya keçmişdi. Xorvatiyalı qapıçı İstanbul klubunda keçirdiyi iki mövsümdə 74 matçda iştirak edib və 24 görüşdə qapısını toxunulmaz saxlayıb. Livakoviçin “Barselona”da əsas qapıçı Joan Qarsiya ilə rəqabət aparacağı, Voyçex Şçensninin isə ehtiyat qapıçı rolunda qalacağı gözlənilir.


