Ölkə
48 yaşlı vəzifəli şəxs qardaşının evində öldü


Laçın Rayon İcra Hakimiyyəti başçısının Piçənis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Niftalı Möhübbət oğlu Manafov vəfat edib.
AZERFAX.AZ teleqraf.az-a istinadən xəbər verir ki, əslən Laçın rayonunun Xaçınyalı kəndindən olan 1978-ci il təvəllüdlü N.Manafov Bakı şəhərində qardaşının evində insult keçirərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.



