Ölkə

Rusiyada 600 min kişi orduya çağırılır

Rusiyada yeni səfərbərlik dalğasının başlayacağı ilə bağlı iddia gündəmə gəlib. Ukrayna kəşfiyyatının yaydığı məlumata görə, Moskva 2026-2027-ci illərdə daha 600 min nəfəri hərbi xidmətə cəlb etməyi planlaşdırır.

AZERFAX.AZ xarici mediaya istinadla xəbər verir ki, iddiaya əsasən, Rusiya 2026-cı ildə 300 min, 2027-ci ildə isə daha 300 min nəfəri səfərbərlik çərçivəsində orduya çağırmağa hazırlaşır. Məlumatın Ukrayna Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat Xidmətinin əldə etdiyi kəşfiyyat məlumatlarına əsaslandığı bildirilir.

İddiaya görə, Rusiyanın Baş Qərargahı mümkün səfərbərliklə bağlı geniş hazırlıq işləri aparır. Planın əsas məqsədinin Ukraynada döyüşən hərbi birliklərin şəxsi heyətlə gücləndirilməsi və yeni yaradılan bölmələrin komplektləşdirilməsi olduğu qeyd olunur.

Məlumata əsasən, səfərbərlik qərarının Rusiyada sentyabrın 18-20-də keçirilməsi planlaşdırılan Dövlət Duması seçkilərindən sonra elan edilməsi ehtimalı var.

Yeni səfərbərliklə bağlı iddia Rusiyanın Ukraynada davam edən müharibə fonunda canlı qüvvəyə ehtiyacının artdığı barədə müzakirələrin yenidən gündəmə gəldiyi bir vaxta təsadüf edir.

Related Articles

Bir cavab yazın

Back to top button