Ölkə

Tramp Rusiya-NATO münaqişəsindən narahat deyil

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə NATO arasında mümkün birbaşa münaqişə ilə bağlı açıqlamalardan narahat olmadığını bildirib.

AZERFAX.AZ xəbər verir ki, Tramp bu barədə Axios portalına müsahibəsində danışıb. O, Rusiyanın NATO ilə birbaşa qarşıdurmaya girə biləcəyi ilə bağlı narahatlıq keçirib-keçirmədiyi sualına “Məni bu, qətiyyən narahat etmir. Heç bir problem yoxdur” cavabını verib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Qərb mediasında Rusiyanın NATO ölkələrinə qarşı mümkün planları barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Peskovun sözlərinə görə, Rusiya Avropa ölkələrindən gələn aqressiya ilə üzləşir və əksini iddia edən açıqlamalar reallığın təhrif edilməsidir.

Related Articles

Bir cavab yazın

Back to top button