AZERFAX TV

Trampın şirkətləri Demokratlara üz tutur: Respublikaçılar üçün təhlükə

ABŞ prezidenti Donald Trampla sıx əlaqələri olan şirkətlər 2026-cı ilin noyabrında keçiriləcək Konqres seçkilərində Respublikaçılar Partiyasının məğlub ola biləcəyini nəzərə alaraq Demokratlarla münasibətləri yaxşılaşdırmağa başlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” biznes nümayəndələri, lobbiçilər və partiya məsləhətçilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, biznes dairələrində narahatlıq ondan ibarətdir ki, Respublikaçılar Nümayəndələr Palatasında nəzarəti itirsələr, Demokratlar iri şirkətlərin Tramp administrasiyası ilə əlaqələrini araşdırmağa başlaya bilərlər. Bəzi şirkətlər hətta cinayət işlərinin açılması riskini də nəzərə alır.

Nəşrin məlumatına görə, “Paramount”, “Skydance” və “Kalshi” kimi şirkətlər artıq Demokratlarla əlaqələri gücləndirir. Onlardan bəziləri Demokratların seçki kampaniyalarına böyük ianələr ayırmağa və bu partiyanın keçmiş siyasətçilərini işə götürməyə başlayıb.

Qeyd olunub ki, iri korporasiyalarda Konqresin mümkün araşdırmalarına hazırlıq üçün xüsusi komandalar da yaradılır. Xüsusilə Tramp administrasiyasının layihələrinə şirkətlər və biznesmenlər tərəfindən edilən böyük maliyyə ianələrinin diqqət mərkəzində olacağı gözlənilir.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button