AZERFAX TV

Bakı və Sumqayıtda bağlı qapı arxasında qalanlar xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.

Bu barədə AZERFAX.AZ-a nazirlikdən bildirilib.

Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfərə müvafiq köməklik göstərilib.

Related Articles

Bir cavab yazın

Back to top button