Ölkə

Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirdi, ölənlər var

Türkiyə Hərbi Dəniz Qüvvələri və Somali silahlı qüvvələrinin Somali sahillərində keçirdiyi 10 günlük əməliyyat nəticəsində piratlar tərəfindən ələ keçirilən MV LATUF gəmisi xilas edilib.

AZERFAX.AZ xəbər verir ki, Somali Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat zamanı 14 pirat öldürülüb, onların istifadə etdiyi 4 qayıq məhv edilib.

Gəmidə biri Türkiyə vətəndaşı olmaqla, ən azı 8 heyət üzvünün olduğu bildirilib. Əməliyyat Türkiyə ilə Somali arasında müdafiə əməkdaşlığı sazişi çərçivəsində keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button