Ölkə
Ərdoğan və Putin sabah Bişkekdə görüşəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında sabah, 31 avqustda Bişkekdə görüş keçirilməsi planlaşdırılır.
AZERFAX.AZ xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, görüş zamanı əsas müzakirə mövzularından biri Rusiya ilə Ukrayna arasındakı müharibə olacaq.
Ərdoğan-Putin görüşünün Türkiyənin Rusiya-Ukrayna müharibəsində diplomatik vasitəçilik səyləri baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.



