AZERFAX TV
ABŞ-dan İranla bağlı növbəti addım

Vaşinqton administrasiyası Tehrana təzyiqi artırmaq məqsədilə İranın müxtəlif strukturlarına həftəlik sanksiyalar tətbiq etməyi planlaşdırır.
AZERFAX.AZ xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent “Reuters” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, sanksiyalar hər həftə əhəmiyyətli dərəcədə artacaq.
“Biz banklardan başlayırıq. Onlara İran pullarını saxlamağın və rejimi dəstəkləməyin qəbuledilməz olduğunu göstərəcəyik”, – Bessent qeyd edib.
O əlavə edib ki, ABŞ 31 avqust – 1 sentyabr tarixlərində Şimali Karolinanın Aşvill şəhərində keçiriləcək G20 maliyyə nazirlərinin görüşündə digər ölkələrin nümayəndələrini İranla əlaqələrə görə sanksiyaların mümkünlüyü barədə xəbərdar edəcək.



