Ölkə

“Atletiko Madrid” Alvareslə bağlı qərarını verdi

“Atletiko Madrid” argentinalı futbolçu Julian Alvaresin transferinə dair “Barselona” ilə danışıqlar aparmaqdan imtina edib.

AZERFAX.AZ xəbər verir ki, Madrid klubu 26 yaşlı hücumçunun Kataloniya təmsilçisinə keçidinə razılıq verməyəcəyini açıqlayıb. Bildirilir ki, “Atletiko Madrid”in İdarə Heyəti bu mövqeyə yekdilliklə dəstək verib. Klubdan bildirilib ki, transfer danışıqları peşəkar və qarşılıqlı hörmət çərçivəsində aparıldığı halda müzakirələrə açıqdır. Lakin “Atletiko Madrid” “Barselona”nın bu şərtlərə uyğun davranmadığını və bu səbəbdən danışıqların aparılmayacağını qeyd edib.

Açıqlamada deyilir ki, Madrid təmsilçisi Alvaresin “Barselona”ya transferini ümumiyyətlə nəzərdən keçirmir.

Related Articles

Bir cavab yazın

Back to top button