Müharibənin uzanması heç kimin marağında deyil


İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə yaşanan gərginliyin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini bildirib.
AZERFAX.AZ xəbər verir ki, Pezeşkian bu fikirləri Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə səsləndirib. O bildirib ki, İran hökumətinin əsas məqsədi bölgədə sülh və təhlükəsizliyi təmin etməkdir. Pezeşkianın sözlərinə görə, ABŞ diplomatik yollar əvəzinə güc tətbiq etməyə üstünlük verib. İran Prezidenti bundan əvvəl əldə olunan razılaşmanın Vaşinqton tərəfindən pozulduğunu və ABŞ-dən üzərinə götürdüyü öhdəliklərə əməl etməsini gözlədiklərini bildirib. Pezeşkian problemin həlli üçün qarşılıqlı anlaşma və razılaşma yolunun axtarılmasının davam etdirildiyini vurğulayıb.
O, müharibənin uzanmasının nə İranın, nə regionun, nə də dünyanın maraqlarına uyğun olduğunu qeyd edib.



