ABŞ İranda nələri məhv edib?

ABŞ-ın İrana hücumu və nəticədə iki İran tankeri və təxminən 100 digər İİKK obyektinin məhv edilməsi Prezident Donald Trampın yeni taktikasının ilk tətbiqi olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ ordusu İrana qarşı bu yaxınlarda həyata keçirdiyi hücumda təxminən 100 hədəfi vurub və ABŞ dəniz blokadası xəttinin şimalında, ölkə sahillərində lövbər salmış iki İran hökumət tankerinin mühərrik otaqlarına zərər verib.
ABŞ rəsmisi bu hücumları Trampın İİKK-nı çəkindirmək üçün yeni “tankerə görə tanker” siyasətinin bir hissəsi kimi təsvir edib. Mənbələrə istinadən portal iddia edir ki, əməliyyat ABŞ-a boğazda kommersiya gəmiləri üçün “ən azı bir aylıq təhlükəsiz keçid” imkanı verib.
Vaşinqton əvvəllər bildirib ki, zərbələr İİKK-nın Hörmüz boğazındakı ticarət gəmilərinə, eləcə də bölgədəki Amerika bazalarına hücum cəhdinə cavab olaraq həyata keçirilib.
Çərşənbə axşamı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Amerika qüvvələrinin İrana qarşı hücumlar başlatdığını açıqladı.



