Ölkə

Dünyanın ən uzun asma körpüsü tikilir

İtaliya Siciliya adasını ölkənin materik hissəsi ilə birləşdirəcək nəhəng körpü layihəsini həyata keçirir. Messina boğazı üzərində inşa ediləcək körpünün tikintisinə rəsmi icazə verilib. Layihə tamamlandıqdan sonra dünyanın ən uzun asma körpüsü olacaq.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, körpünün ümumi uzunluğu 3 666 metr, əsas aşırımı isə təxminən 3,3 kilometr təşkil edəcək. Nəhəng qurğunun hər biri 399 metr hündürlüyündə olan iki dayaq qülləsi olacaq. Tikinti işlərinin 2032-ci ildə başa çatdırılması planlaşdırılır.

Körpüdən həm avtomobillərin, həm də qatarların hərəkəti mümkün olacaq. Layihəyə əsasən, burada altı avtomobil zolağı və iki dəmir yolu xətti salınacaq. Hesablamalara görə, körpüdən sutka ərzində təxminən 200 qatar və saatda 6 min avtomobil keçə biləcək.

Layihənin ən diqqətçəkən xüsusiyyətlərindən biri körpünün yüksək seysmik riskə malik ərazidə inşa edilməsidir. Messina boğazı tektonik aktivliyi ilə seçilən bölgədə yerləşir və tarixən güclü zəlzələlərə məruz qalıb.

Mühəndislər körpünü 7,1 bal gücündə zəlzələyə davam gətirəcək şəkildə layihələndiriblər. Konstruksiyanın xüsusi aerodinamik quruluşunun isə saatda 216 kilometrədək sürətə çatan güclü küləklərə qarşı dayanıqlılığı artıracağı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button