Ölkə

Ad gününə gedənlər ağır qəzaya düşdülər

Ad günü məclisinə gedən şəxslər qəzaya düşüblər, dağlıq ərazidə avtomobil aşıb.

AZERFAX.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Ağır yol qəzası Şahbuzun Gömür kəndində qeydə alınıb. Qəza nəticəsində Şərur rayonunun Oğlanqala kənd sakinləri – 51yaşlı Nazim Abdullayev, onun 9 yaşlı qızı Firuzə Abdullayeva və 20 yaşlı Pərvin Şıxəliyev dünyalarını dəyişiblər.

Qəza zamanı 9 nəfər isə xəsarət alıb. Hadisənin baş verdiyi yer dağlıq relyef və mürəkkəb yol şəraiti olduğundan xəsarət alanlar və dünyasını dəyişənlər ərazidən Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən çıxarılıb. Xəsarət alan 9 nəfər xəstəxanaya çatdırılıb. Onların arasında azyaşlılar da var.

Related Articles

Bir cavab yazın

Back to top button