AZERFAX TV
Ədəbsiz görüntülərini pulla satan məşhur müğəni saxlanıldı

Türkiyədə tanınmış müğənni Tuğba Ekinçi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
AZERFAX.AZ xəbər verir ki, Kızılcahamam Baş Prokurorluğunun koordinasiyası altında 5 vilayətdə eyni vaxtda xüsusi əməliyyat keçirilib. Şübhəlilərin sosial media platformalarında ödəniş müqabilində ədəbsiz məzmunlu materiallar yaydıqları müəyyən olunub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Ekinçi də daxil olmaqla ümumilikdə 5 nəfər dəstələnilərək istintaqa cəlb edilib.
İş üzrə digər bir şübhəlinin də tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Hüseyn İbadlı



