Fidanla Əraqçi arasında KRİTİK MÜZAKİRƏ

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə ABŞ-la davam edən danışıqlar ətrafındakı son prosesləri müzakirə edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə mənbəyə istinadla “RİA Novosti” məlumat yayıb.
“Telefon danışığı zamanı tərəflər davam edən danışıqlarla bağlı son hadisələri ətraflı qiymətləndiriblər”, – deyə məlumatda bildirilir.
Mənbə söhbətin digər təfərrüatlarını açıqlamayıb.
Sentyabrın 5-də ABŞ Silahlı Qüvvələri Fars körfəzindəki Xark adası yaxınlığında İranın neft tankerinə raket zərbəsi endirib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu fonda Vaşinqtonda Yaxın Şərqdə hərbi iştirakın artırılması ilə bağlı uzunmüddətli planlar müzakirə olunur. Pentaqon rəhbəri Pit Heqset İranla münasibətlərdəki mövcud gərginliyin 2027-ci ilə qədər davam edə biləcəyini ehtimal edir ki, bu da Amerika müdafiə idarəsinin regiondakı strategiyasına düzəlişlər edilməsini tələb edir.
Hüseyn İbadlı



