Ölkə
Məşhur klipdəki xanım illər sonra üzə çıxdı


Müğənni İbrahim Tatlısesin “Bir Kulunu Çok Sevdim” klipi ilə tanınan keçmiş model Emel Yıldırım uzun müddət sonra ictimaiyyət qarşısına çıxıb.
AZERFAX.AZ xəbər verir ki, 52 yaşlı Yıldırım Deha tədbirlərin birində jurnalistlərlə söhbət edib. Bir vaxtlar modellik, aktyorluq və moda dizaynı ilə məşğul olan Yıldırım hazırda işləmədiyini bildirərək “Təqaüdə çıxdım” deyib. O, indiki həyatını övladlarına və səyahətlərə vaxt ayıraraq keçirdiyini söyləyib.
Qeyd edək ki, Emel Yıldırım 1993-cü ildə gözəllik müsabiqəsində ikinci yeri tutduqdan sonra modellik fəaliyyətinə başlayıb, 1995-ci ildə isə İbrahim Tatlısesin klipində və onunla birlikdə “Aşık Oldum” serialında rol alıb.



