Tramp gözünü bu ölkəyə dikdi: “51-ci ştatımız ola bilər”


ABŞ Prezidenti Donald Tramp Venesuelanın gələcəkdə ABŞ-ın 51-ci ştatına çevriləcəyini iddia edib. O, ölkə ilə münasibətlərin yaxşı olduğunu vurğulayaraq, Venesuelada prezident əvəzinə qubernator seçilməsi ehtimalını gündəmə gətirib.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində Texas ştatında təşkil olunan seçki mitinqində danışıb. O, Venesueladan böyük həcmdə neft aldıqlarını və bir sıra ABŞ neft şirkətlərinin bu ölkədə ciddi investisiyalarının olduğunu bildirib.
Tramp Venesuelanın yaxın gələcəkdə rifah içində yaşayan ölkəyə çevriləcəyini düşündüyünü qeyd edib. O, ölkənin ABŞ-ın 51-ci ştatı ola biləcəyini istisna etməyərək, belə bir addımın mümkün olduğunu söyləyib.
ABŞ prezidenti çıxışında Venesuelada dövlət başçısı əvəzinə qubernator seçilməsi variantının nəzərdən kecirilməli olduğuna toxunub.



