Dünyanın içki nəhəngi gəlirlərini iki qat artır


Dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı Coca-Cola 2026-cı ilin üçüncü rübündə xalis mənfəətini 8%, gəlirlərini isə 7% artırıb.
AZERFAX.AZ xəbər verir ki, şirkətin açıqladığı maliyyə hesabatına əsasən, iyul-sentyabr aylarında xalis mənfəət 4,01 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövründəki 3,7 milyard dollarla müqayisədə yüksək göstəricidir.
Şirkətin rüblük gəlirləri 12,46 milyard dollardan 13,38 milyard dollara yüksəlib. Bu nəticə analitiklərin 12,92 milyard dollarlıq orta proqnozunu da üstələyib.
Regional göstəricilərə görə, gəlirlər Latın Amerikasında 25%, Avropa, Yaxın Şərq və Afrikada 4%, Şimali Amerikada 3%, Asiya-Sakit okean regionunda isə 4% artıb.
Hesabat dövründə içkilərin satış həcmi 5% yüksəlib. Qazlı alkoqolsuz içkilərin satışında da 5%-lik artım qeydə alınıb.
Coca-Cola 2026-cı il üzrə proqnozlarını da yaxşılaşdırıb. Şirkət üzvi gəlir artımının ən azı 5%, düzəliş edilmiş mənfəət artımının isə ən azı 11% olacağını gözləyir.



