İdman
"Sabah" Fransa klubuna qalib gəldi

“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasında ilk qələbəsini qazanıb.
AZERFAX. az xəbər verir ki, Azərbaycan çempionu müntəzəm mövsümün III turunda Fransanın “Nanter” klubu ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında keçirilən qarşılaşma Bakı təmsilçisinin 87:80 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Sabah” əvvəlki iki turda Litvanın “Ritas” klubuna 73:82 və Türkiyənin “Trabzonspor” komandasına 83:100 hesabları ilə uduzub.



