Ölkə

Əməkdar həkim vəfat etdi – FOTO

Uzun illər müxtəlif xəstəxanaların baş həkimi işləmiş Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.

AZERFAX.AZ Ölkə.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Cəfərov 1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi, 1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində işləyib. Səhiyyə Nazirliyinin kollegiya üzvü olub.

2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar həkim fəxri adına layiq görülüb.

1788637116_1788629693_whatsapp-image-2026-09-05-at-21.30.58.jpg?1788637111

Related Articles

Bir cavab yazın

Back to top button