AZERFAX TV

“Bunker” filminin “generalı” vəfat etdi

Daha çox Mixael Mendl kimi tanınan alman aktyor Mixael Zandrok 83 yaşında vəfat edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “BR24” teleradio şirkəti aktyorun agentinə istinadla məlumat yayıb.

“Mixael Mendl üçün matəm: aktyor 82 yaşında vəfat edib”, – deyə məlumatda bildirilir.

Zandrok 1944-cü il aprelin 20-də Lünen şəhərində anadan olub. O, katolik keşişinin nikdənkənar oğlu idi. Aktyorun özünün danışdığı kimi, atası anasına evlənəcəyini söz verib, lakin sonradan başqa qadının yanına gedib.

Aktyor Essen şəhərindəki Folkvang İncəsənət Universitetini bitirib. O, ümumilikdə 200-dən çox filmdə və serialda çəkilib. Mendl, xüsusilə, “Buker” filmində Vermaxt generalı və Berlinin müdafiəsinin komandanı Helmuth Veydling rolunu oynayıb. Aktyor həmçinin “Hakimiyyət kölgəsində” siyasi dramasında Villi Brandt rolu ilə tanınır; o, bu rola görə “Qızıl kamera” mükafatına layiq görülüb.

2024-cü ildə Zandrok kinonun inkişafına verdiyi töhfəyə görə Gets Corqe mükafatı ilə təltif edilib.

2025 ildə ona dəri xərçəngi diaqnozu qoyulmuşdu. Aktyorun üç övladı və bir nəvəsi yadigar qalıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button