Ölkə

Nazir onlara yüksək vəzifə verdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə FHN-də yeni kadr təyinatları gerçəkləşib.

AZERFAX.AZ Oxu.Az-a istinadla xəbər verir ki, nazir Bəxtiyar İslam oğlu Tağıyevi özünə müşavir təyin edib.

B.Tağıyev bundan əvvəl FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsində çalışıb.

“Unikal”ın əldə etdiyi məlumata görə isə nazirin digər əmri ilə İsmayıl Rauf oğlu Nəsirov Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin yeni rəisi təyin olunub. İ. Nəsirov bu təyinata qədər həmin agentliyin rəis müavini vəzifəsini icra edib.

Fotoda: Bəxtiyar Tağıyev

Gemini_Generated_Image_vqf5vwvqf5vwvqf5.jpeg

Fotoda: İsmayıl Nəsirov

agentlik.jpg

Related Articles

Bir cavab yazın

Back to top button