Keçmiş kraliça xəstəxanalıq oldu – Dəfndə iştirak edə bilməyəcək

Danimarkanın keçmiş kraliçası II Marqrete yenidən xəstəxanaya yerləşdirilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” Kopenhagen sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb.
86 yaşlı keçmiş kraliçanın bud nahiyəsində tromb aşkarlanıb və onda yüngül susuzlaşma (dehidratasiya) diaqnozu qoyulub. Sarayın açıqlamasında Marqretenin vəziyyətinə uyğun olaraq özünü yaxşı hiss etdiyi və əhvalının yaxşı olduğu bildirilib.
Keçmiş kraliça həkimlərin nəzarəti altında həftə ərzində xəstəxanada qalacaq. Səhhətindəki problemlərə görə o, sentyabrın 9-da Norveç kralı V Haraldın dəfn mərasimində iştirak edə bilməyəcək.
Xatırladaq ki, II Marqrete 14 yanvar 1972-ci ildən 14 yanvar 2024-cü ilədək Danimarkanın kraliçası olub. O, mərhum Norveç kralı V Haraldın bibisi qızı idi.
Qeyd edək ki, II Marqrete may ayında da xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt həkimlər onun bud nahiyəsində tromb aşkarlamışdılar. Trombun yıxılmadan sonra yarana biləcəyi bildirilmişdi. Həkimlər mümkün fəsadların qarşısını almaq üçün onun təcili xəstəxanaya yerləşdirilməsinə qərar vermişdilər.
Müəllif: Adəm



