“Ukraynanı 1991-ci il sərhədlərinə qaytarmaq istəyirlər”


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Ukraynanın 1991-ci il sərhədlərinə qaytarılmasını israrla tələb edir.
AZERFAX.AZ xəbər verir ki, o, bu barədə “Birinci kanal”da yayımlanan “Böyük oyun” proqramına müsahibəsində danışıb.
Lavrovun fikrincə, Qərb ölkələri Ukraynanın 1991-ci il sərhədlərinin bərpasını istəyirlər ki, həmin ərazilərdə yaşayan rus mədəniyyətinə mənsub insanlar yenidən “konslagerə verilsinlər”.
“Özündən çıxmış şəxslərlə yanaşı, başqa söz tapa bilmirəm, 1991-ci il sərhədlərinin bərpasını tələb edirlər ki, əsrlər boyu bu torpaqlarda yaşayan rus mədəniyyətinə mənsub insanlar yenidən əsl konslagerə verilsinlər. Bununla yanaşı, müəyyən bir qrup da var ki, onların mövqeyində zaman-zaman realizm əlamətlərini müşahidə edirik”, – Lavrov vurğulayıb.



